Sumqayıtda fərdi yaşayış evində yanğın olub

Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Vəlizadə Tural Ziyafət oğluna məxsus fərdi yaşayış evində yanğın baş verib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə Xəzər bağları yaşayış massivində qeydə alınıb.

Məlumata görə, yanğın nəticəsində evin bir hissəsi yanaraq yararsız hala düşüb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə qüvvələri cəlb olunub. Yanğın qısa zamanda söndürülüb və yaxınlıqdakı tikililər alovdan mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More