Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək.
“Report”un məlumatına görə, Almaniyada təşkil olunan raundun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Almaniya yığması Portuqaliya ilə üz-üzə gələcək. Görüş Münhendəki “Allianz Arena”da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qeyd edək ki, digər yarımfinal matçı sabah İspaniya və Fransa komandaları arasında baş tutacaq. Bu görüş “Ştutqart Arena”da keçiriləcək.
Mənbə: Report.Az
Comments are closed.