Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) 2024-cü il üçün üzvlük haqqını ödəməyib.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri (XİN) Ararat Mirzoyan bu gün parlamentdə bildirib.
“KTMT-də iştirakımızın dondurulması ilə əlaqədar olaraq Ermənistan 2024-cü ildə bu təşkilata üzvlük haqqını ödəməyib”, – XİN başçısı qeyd edib.
Mənbə: Report.Az
Comments are closed.