Azərbaycan millisi yoldaşlıq görüşü üçün Latviyaya yollanıb.
“Report” xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Komanda bu gün oyunun keçiriləcəyi Riqa şəhərinə yola düşüb.
Yığma sabah Bakı vaxtı ilə saat 19:30-da matçın baş tutacağı “Skonto” stadionunda son məşqinə çıxacaq.
Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.


Mənbə: Report.Az
Comments are closed.