Cəlilabad toyda döyülən şəxs bir neçə gün sonra ölüb, saxlanılan var – YENİLƏNİB

Cəlilabad rayon sakini Qəmbər Yusubovun aldığı bədən xəsarətlərindən iyunun 5-də xəstəxanada ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib.

İlkin məlumata görə, mayın 28-də Masallı rayonu ərazisində baş verən mübahisə zamanı o, həmkəndlisi – 22 yaşlı Babək Şahmarov tərəfindən döyülərək xəsarət alıb.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.

19:15

Cəlilabad rayonunun Həziabad kəndində toy mərasimində baş verən dava ölümə səbəb olub.

“Report”un Muğan bürosunun məlumatına görə, 1984-cü il təvəllüdlü Qənbər Xudaverdi oğlu Yusubov toy mərasimində həmkəndlisi olan iki qardaş tərəfindən döyülüb.

Daha sonra Q.Yusubov xəstəxanaya aparılıb. Lakin işləri ilə əlaqədar olaraq xəstəxanada qalmaqdan imtina edib və evinə qayıdıb. Bu gün onun səhhəti getdikcə pisləşib.

O, yenidən xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More