İcma sədri: Bu tədbirlərin məqsədi Qərbi Azərbaycana qayıdış ideyasının bölgələrdə təbliğidir

Ölkənin müxtəlif regionlarında belə tədbirlərin keçirilməsində məqsədi Qərbi Azərbaycana qayıdış ideyasının bölgələrdə təbliğ olunmasıdır.

Bunu iyunun 5-də Xaçmazda keçirilən “Qərbi Azərbaycan-Yurd yerimiz” mövzusunda elmi-praktiki konfrans çərçivəsində “Report”un Şimal bürosuna açıqlamasında Qərbi Azərbaycan İcmasının (QAİ) sədri, Milli Məclisin deputatı Əvəz Ələkbərli deyib.

Onun sözlərinə görə, analoji tədbirlər ölkənin Şimal zonasındakı digər rayonlarda da keçiriləcək:

“Xaçmazda təşkil olunan konfrans Qərbi Azərbaycan İcmasının regionlarda icra hakimiyyətləri ilə birgə Qərbi Azərbaycana qayıdış ideyası ilə bağlı keçirdiyi növbəti tədbirlərdən biridir.

Konfransın məqsədi tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış ideyasının bölgələrdə təbliği və bu konsepsiyasının müddəalarının yerli ictimaiyyətə çatdırılmasıdır.

Xaçmazda baş tutan tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etməliyəm. Ölkənin Şimal zonasında bu silsilədən olan mühüm tədbirlərin davamı Quba və Şabran rayonlarında olacaq.

Hesab edirəm ki, bu tədbir də Qərbi Azərbaycana qayıdış yolunda növbəti uğurlu addımlardan biridir”.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More