Merts Trampla Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün birgə səyləri müzakirə edəcək

Almaniya Kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə birgə səyləri müzakirə etmək niyyətindədir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Merts Vaşinqtonda alman jurnalistlərə bildirib.

“Ukrayna məsələsini və hadisələrin gələcək inkişafını müzakirə etməliyik. Eşitdiniz ki, o, dünən Putinlə uzun telefon danışığı aparıb, lakin bu, heç bir konkret nəticə verməyib. Biz bu müharibəyə son qoymaq üçün birgə səylərin davam etdirilməsini müzakirə etməliyik”, – kansler deyib.

Merts Trampla danışıqlar zamanı NATO-nun güclənməsi məsələsinə də toxunulacağını qeyd edib. Eyni zamanda o, Almaniyanın Avropanın ən güclü nizami ordusunu əldə etməyə çalışdığını bəyan edib. Kanslerin sözlərinə görə, bu, Almaniyanın Aİ-də ən çox əhalisi olan ölkə olması ilə bağlıdır və iqtisadi inkişaf bunu etməyə imkan verir. Bundan əlavə, o, Almaniyanın Avropanın geostrateji mərkəzində olmasına diqqət çəkib.

Qeyd edək ki, Merts və Tramp ilk dəfə bu gün Bakı vaxtı ilə gecə saatlarında Ağ Evdə görüşəcəklər.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More