Sakit Okeanın mərkəzi hissəsində 800-ə yaxın elektrik avtomobili də daxil olmaqla 3000-ə yaxın nəqliyyat vasitəsini Meksikaya aparan “Morning Midas” yük gəmisində yanğın baş verib.
“Report” xəbər verir ki, bu barədə “Bloomberg” ABŞ Sahil Mühafizəsinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, hadisə Adak adasından (Alyaska) 480 km cənubda baş verib.
“Zodiac Maritime” idarəetmə şirkətinin məlumatına görə, göyərtələrdən birində tüstü yaranıb. Ekipaj yanğını söndürməyə çalışsa da, vəziyyəti nəzarət altına ala bilməyib.
ABŞ Sahil Mühafizəsi bütün 22 dənizçini yaxınlıqdakı ticarət gəmisinə təxliyə edib. Şirkət yükün sahiblərinin adını açıqlamayıb.
Mənbə: Report.Az
Comments are closed.