Qazaxda avtomobil divara çırpılıb, ölənlər var

Qazax rayonunda ağır yol qəzası baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Abbasbəyli kəndində qeydə alınıb.

Belə ki, “BMW” markalı avtomobilin idarəetmədən çıxaraq divara çırpılması nəticəsində 1997-ci il təvəllüdlü Ramal Vəliyev, 2000-ci il təvəllüdlü Zaur Əhmədov, 1997-ci il təvəllüdlü Rafət Nəsibov və 2004-cü il təvəllüdlü Göyüş Nəbiyev aldıqları ağır xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More