Gümüş Avropa Liqası: Azərbaycan millisi bu gün ilk matçını keçirəcək

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi bu gün Gümüş Avropa Liqasında ilk matçını keçirəcək.

“Report” xəbər verir ki, Fərid Cəlalovun baş məşqçisi olduğu komanda İsveç millisi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, Gümüş Avropa Liqasında ilk turun oyunları İsveçdə keçiriləcək. Azərbaycan millisi növbəti görüşünü sabah Gürcüstan millisi ilə qarşılaşacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More