“Barselona”nın futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçə bilər

İspaniyanın “Barselona” klubunun futbolçusu Andreas Kristensen karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

“Report” “Sport.es” nəşrinə istinadən xəbər verir ki, “Əl-Nəsr” 29 yaşlı müdafiəçi ilə maraqlanır.

Ərəblər danimarkalı oyunçunun maaşını iki dəfədən çox artıra bilər. Kataloniya təmsilçisi də Kristenseni buraxmağa hazırdır.

Qeyd edək ki, futbolçu 2024/2025 mövsümünün böyük hissəsini zədə səbəbindən buraxıb. O, bütün turnirlərdə “Barselona” forması ilə cəmi altı matçda meydana çıxıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More