DÇ-2026: Norveç millisi İtaliyanı darmadağın edib

2026-cı ilin futbol üzrə dünya çempionatının seçmə mərhələsinin I qrupunun 3-cü turunun Norveç və İtaliya yığmaları arasında keçirilən matç başa çatıb.

“Report” xəbər verir ki, komandalar Oslodakı (Norveç) “Ullevol” stadionunda qarşılaşıblar. Qarşılaşmanı ispaniyalı Xose Sançes Martinez idarə edib. Oyun Norveç yığmasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın 14-cü dəqiqəsində Aleksandr Syorlot Norveçi hesabda irəli çıxarıb. 34-cü dəqiqədə Nusa fərqlənib. Matçın 42-ci dəqiqəsində Erlinq Holann hesabı 3:0-a çatdırıb.

Ç-2026-nın seçmə mərhələsinin ilk üç mərhələsində Norveç millisinin doqquz xalı var və I qrupa liderlik edir. İtaliya siyahıda 4-cü sırada qərarlaşıb. Komandanın xalı yoxdur.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More