Polşa Prezidenti Andjey Duda və ABŞ lideri Donald Tramp Haaqada keçiriləcək alyans sammiti öncəsi telefon danışığında NATO-nun şərq cinahının təhlükəsizlik məsələlərini müzakirə ediblər.
“Report”un xəbərinə görə, Polşa lideri bu barədə “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“İndicə ABŞ Prezidenti Donald Trampla çox yaxşı telefon danışığım oldu. Əsas mövzular bu yaxınlarda başa çatmış “Buxarest doqquzluğu” sammiti, NATO-nun Haaqada keçiriləcək toplantısı kontekstində Polşanın və regionumuzun təhlükəsizlik məsələləri idi”, – Duda yazıb.
Bundan əlavə, liderlər alyansa üzv ölkələrin müdafiə xərclərinin artırılması məsələsini də müzakirə ediblər.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.