Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) erməni yeniyetmələrin guya Azərbaycan tərəfindən oğurlanması barədə məlumatı təkzib edib.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Xidmətin məlumatında bildirilib ki, Sünik vilayətinin Tex icmasının yetkinlik yaşına çatmamış iki sakini erməni güc strukturları ilə söhbət zamanı ev heyvanlarının arxasınca getdiklərini və duman səbəbindən ərazidə istiqaməti itirərək azdıqlarını bildiriblər.
Xatırladaq ki, MTX iyunun 6-da bəyan edib ki, iki yeniyetmə Karen Cangiryan və Andrey Qyaqunts Aravus kəndi yaxınlığında istiqaməti itiriblər və təsadüfən Azərbaycan ərazisinə keçiblər. Bundan sonra Ermənistanın İstintaq Komitəsi “Oğurluq” maddəsi ilə cinayət işi açıb.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.