Goranboyda leysan nəticəsində fəsadlar yaranıb

Goranboyda yağan leysan nəticəsində fəsadlar yaranıb.

“Report”un Qərb bürosunun məlumatına görə, leysan Goranboy – Aşağı Ağcakənd avtomobil yolunun Aşağı Ağcakənd qəsəbəsi hissəsində qum-çınqıl yolu tutaraq avtomobillərin hərəkətində maneələr yaradıb.

Goranboy RİH yanında Fövqəladə Hallar Komissiyası tərəfindən yerində monitorinq keçirilib və müvafiq texnikalar əraziyə cəlb edilməklə, yolda bərpa işləri aparılıb, yolun hərəkəti təmin edilib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More