Ermənistanın Respublikaçılar Partiyası (ERP) baş nazir Nikol Paşinyana qarşı impiçment prosesi çərçivəsində partiyanın sədr müavini Armen Aşotyanın baş nazir postuna namizədliyini irəli sürəcək.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, ötən gün Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın rəhbərlik etdiyi keçmiş hakim Respublikaçılar Partiyası parlamentin “Şərəfim var” fraksiyasına (de-fakto öz fraksiyasına) ölkənin baş naziri Nikol Paşinyana qarşı etimadsızlıq votumu prosesini başlatmağı təklif edib.
Qeyd edilib ki, müxalifət deputatları hələ də baş nazir vəzifəsinə namizəd irəli sürmədiyi üçün partiya bu posta ERP Şurasının nümayəndəsinin namizədliyini irəli sürməyi təklif edib. KİV-in məlumatına görə, yaxın günlərdə partiya Ermənistanın Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyanın namizədliyi barədə bəyanat verəcək.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.