Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub

Ukraynanın Odessa vilayətindəki Zatoka kurortunda iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın KİV-ləri Odessa vilayəti polisinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, partlayış iki nəfər dənizdə çimən zaman baş verib. Onların şəxsiyyətləri hüquq-mühafizə orqanları tərəfindən müəyyənləşdirilir.

Polis hadisə ilə bağlı araşdırma aparır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More