Azərbaycan millisinin futbolçusu Rusiya Superkubokunun qalibi olub

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin üzvü Nigar Mirzəliyeva “Zenit” klubunun heyətində Rusiya Superkubokunun qalibi olub.

“Report” xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Yekaterinburq şəhərində gerçəkləşən həlledici oyunda “Lokomotiv”i (Moskva) 3:0 hesabı ilə mğlub edib.

N.Mirzəliyeva görüşü əvəz olunmadan keçirib.

Qeyd edək ki, “Zenit” tarixində ikinci dəfə Rusiya Superkubokunu qazanıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More