Azərbaycanın 3×3 basketbol millisi yarımfinala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Avropa Kubokunun yarımfinalına yüksəlib.

Bu barədə “Report”a federasiyadan məlumat verilib.

Yığma turnirin təsnifat mərhələsinin qrup oyununda yerli Kosovo millisinə 22:10 hesabı ilə qalib gəlib. Yarımfinalda rəqib Malta olacaq.

Bu görüş iyunun 8-də, Bakı vaxtı ilə saat 20:40-da baş tutacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More