Azərbaycanın minifutbol millisinin dünya çempionu olması münasibətilə konsert proqramı təşkil ediləcək

Azərbaycanın minifutbol millisinin Bakıda keçirilmiş dünya çempionatının qalibi olması münasibətilə bu gün konsert proqramı təşkil ediləcək.

“Report” xəbər verir ki, “Champions Fest” (Çempionların Bayramı) adlanan tədbir saat 20:30-da Qoşa Qala qapısı və “Azərbaycan” kinoteatrının yaxınlığında başlayacaq.

Tanınmış müğənnilərin iştirak edəcəyi konsert proqramına giriş pulsuzdur.

Xatırladaq ki, Elşad Quliyevin rəhbərlik etdiyi Azərbaycan millisi minifutbol üzrə dünya çempionatının final matçında Macarıstanı məğlub edib. İyunun 1-də Milli Gimnastika Arenasında gerçəkləşmiş görüş yığmamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More