Beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinalçıları bəlli olub

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları üzrə imtahanında iştirak etmiş 1446 nəfər iştirakçıdan 330 nəfəri yarımfinal mərhələsində iştirak hüququ qazanıb.

“Report” xəbər verir ki, onlardan 246 nəfəri kişi, 84 nəfəri isə qadındır.

Nəticələrə əsasən, keçid balı 555 T-bal təyin edilib.

Qarşıda iştirakçıları “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi gözləyir. Yarımfinal mərhələsi 4-6 iyul tarixlərində baş tutacaq. Yarımfinal mərhələsindən sonra iyulun 18-20-də isə final mərhələlərinin keçirilməsi ilə beşinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsis edilib.

Müsabiqənin qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı ilə təmin olunur və 20 min manatlıq mükafat qazanırlar.

Sayca beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 18 dekabr 2024-cü il tarixində müvafiq Sərəncam imzalanıb.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More