Azərbaycanın 3×3 basketbol üzrə qadınlardan ibarət millisi Avropa Kubokunun final mərhələsinə vəsiqə qazanıb.
Bu barədə “Report”a Basketbol Federasiyasının Mətbuat xidmətindən məlumat verilib.
Komanda Avropa Kubokunun təsnifat mərhələsinin final oyununda Kipr seçməsinə 21:18 hesabı ilə qalib gəlib.
Avropa Kubokunun final mərhələsi sentyabrın 5-7-də Danimarkanın paytaxtı Kopenhagendə baş tutacaq.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.