İsrail “Patriot” HHM-lərini Kiyevə verib

Ukrayna münaqişəsi zamanı Qüds ABŞ-dən aldığı və 1990-cı illərdə istifadə edilən “Patriot” hava hücumundan müdafiə sistemlərini Kiyevə təhvil verib.

“Report”un məlumatına görə, bu barədə “Insider” nəşri İsrailin Ukraynadakı səfiri Mixail Brodskinin bəyanatına istinadən xəbər verir.

“Bir vaxtlar ABŞ-dən aldığımız “Patriot” sistemləri hazırda Ukraynadadır. Bunlar 1990-cı illərin əvvəllərində İsraillə xidmətdə olan sistemlərdir. Biz onların Ukraynaya verilməsinə razılaşdıq”, – diplomat bildirib.

Brodski “Patriotlar”ın Kiyevə dəqiq nə vaxt və hansı miqdarda köçürüldüyünü açıqlamayıb.

Eyni zamanda “The New York Times” mayın əvvəlində yazıb ki, Ukrayna “Patriot” sistemlərini, o cümlədən İsraildən ötürməklə əlavə hava hücumundan müdafiə sistemləri ala bilər. Nəşrin əlumatına görə, daha sonra bir sistem təmirdən sonra göndərilməyə hazırlanırdı.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More