“Mançester Siti” qapıçısı ilə yollarını ayırdığını elan edib

İngiltərənin “Mançester Siti” komandası qapıçısı Skott Karson ilə yollarını ayırdığını elan edib.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Şəhərlilər” müqavilə müddəti başa çatan 39 yaşlı qolkiperin sözləşməsini yeniləməyəcək.

Qeyd edək ki, S.Karson 2019-2021-ci illərdə Premyer Liqa təmsilçisinin heyətində icarə əsasında çıxış edib. Daha sonra “Mançester Siti” onu transfer etmək hüququndan istifadə edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More