Naxçıvanda kütləvi zəhərlənmə olub

Naxçıvanda kütləvi zəhərlənmə olub.

“Report”un yerli bürosu xəbər verir ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qida zəhərlənməsinə məruz qalması barədə məlumat Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olub.

Məlumata əsasən Agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcəkdir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More