2026-cı ildə keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlanıb

2026-cı ildə təşkil olunacaq “Formula 1” üzrə Azərbaycan Qran-prisinin hansı tarixdə keçiriləcəyi bəlli olub.

“Report”un məlumatına görə, Beynəlxalq Avtomobil Federasiyası və “Formula 1” təşkilatçıları növbəti il üçün təqvimi açıqlayıblar.

Bakıdakı yarış 25-27 sentyabr aralığında gerçəkləşəcək.

Qeyd edək ki, 2026-cı ildə “Formula 1” təqvimi yenə 24 mərhələdən ibarət olacaq.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More