Ahıl qadına oğlunu həbsdən azad etdirmək adı ilə 22 min manat dələduzluq edilib

Lənkəran şəhərində vətəndaşlara qarşı dələduzluq əməlləri törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Report”a verilən məlumata görə, Rayon Polis Şöbəsinə müraciət edən 73 yaşlı qadın övladını guya həbsdən azad etdirmək vədi ilə aldadıldığını bildirib. Onun sözlərinə görə, bu yolla 22 min 200 manat pulu dələduzluq yolu ilə ələ keçirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan dələduzluq əməlini törətməkdə şübhəli bilinən 34 yaşlı Ramin Qəniyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, R.Qəniyev digər vətəndaşlara da gəlirli biznes qurmaq vədi verərək biri 40 min manat, digəri isə 6 min ABŞ dolları olmaqla ümumilikdə 72 min 400 manat dəyərində vəsaiti ələ keçirib.

Faktlarla bağlı cinayət işi başlanılıb və R.Qəniyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More