Azərbaycan millisi bu gün yoldaşlıq oyununda Macarıstanla qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti yoldaşlıq oyununu keçirəcək.

“Report”un məlumatına görə, Fernandu Santuşun baş məşqçisi olduğu yığma Bakıda Macarıstan seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma “Liv Bona Dea Arena”da, saat 20:00-da start götürəcək. Matçı Belarusdan olan Viktor Şimusik idarə edəcək.

Qeyd edək ki, Azərbaycan millisi iyunun 7-də Riqada Latviya yığması ilə qolsuz heç-heçə edib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More