BMT Nigeriyada qida çatışmazlığı ilə mübarizəyə 6 milyon dollar ayırıb

BMT Nigeriyanın şimal-şərqində kəskin qida çatışmazlığı ilə mübarizə üçün 6 milyon dollar ayırmağa qərar verib.

“Report” xəbər verir ki, bunu təşkilatın baş katibinin humanitar məsələlər üzrə müavini Tom Fletçer.

“Biz qidaya ən çox ehtiyacı olanlara çatdırılmalı və ölkənin bu hissəsində gələcək böhran riskini azaldacaq sistemlər qurmalıyıq”, – deyə o qeyd edib.

BMT-nin məlumatına görə, Nigeriyanın şimal-şərqindəki Adamava, Borno və Yobe ştatlarında məhsul çatışmazlığı ilə daha da kəskinləşən ciddi və artan ərzaq təhlükəsizliyi müşahidə olunur.

Ekspertlər bildiriblər ki, 2025-ci ildə ölkənin bu ərazilərində yaşayan beş yaşınadək 1 milyona yaxın uşaq kəskin qida çatışmazlığı ilə üzləşə bilər. Bu rəqəm 2024-cü ilin göstəricisindən iki dəfə və ən azı beş ilin ən yüksək göstəricisidir.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More