Argentinanın keçmiş prezidenti Kristina Kirşner korrupsiya ilə bağlı cinayət işi çərçivəsində altı il həbs cəzasına məhkum edilib.
Bu barədə “Report” TN telekanalına istinadən xəbər verir.
Beləliklə, Argentina Ali Məhkəməsi keçmiş dövlət başçısına qarşı əvvəllər çıxarılmış hökmü qüvvədə saxlayıb. Məhkəmə heyəti yekdilliklə Kirşneri cinayətkar birlikdə və Santa-Krusda milli ictimai işlərə ayrılmış pul vəsaitlərinin mənimsənilməsi məqsədilə dələduzluq idarəçiliyində təqsirli bilib.
Telekanal qeyd edib ki, məhkəmə 2003-2015-ci illərdə siyasətçinin sahibkar Lasaro Bayesin maraqları naminə qiymətləri şişirdərək və işləri yerinə yetirmədən fəaliyyət göstərdiyini təsdiqləyib. Bundan əlavə, ona ömürlük dövlət qulluğunda vəzifə tutmaq qadağan edilib.
Qeyd olunur ki, məhkum həbs cəzasının ev dustaqlığı ilə əvəz olunmasını xahiş etmək hüququna malikdir. Bir neçə gün əvvəl Kirşner Buenos-Ayres əyalətindən deputatlığa namizədliyini irəli sürmək planları barədə bəyanat vermişdi.
Mənbə: Report.Az
Comments are closed.