Azərbaycan səfiri BMT Okean Konfransında Xəzər dənizindəki mühafizə tədbirlərindən danışıb
Baxış:521
Azərbaycan dəniz ekosistemlərinin qorunması istiqamətində mühüm addımlar atır.
“Report” COP29-un “X” hesabındakı paylaşıma istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Davamlı inkişaf üçün okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və davamlı şəkildə istifadə etmək üçün BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri-14 (DİM) çərçivəsində Üçüncü BMT Okean Konfransında çıxışı zamanı deyib.
L.Abdullayeva Xəzər dənizində Azərbaycanın həyata keçirdiyi mühafizə tədbirlərindən danışıb. Səfir Bakıda keçirilən COP29-da olduğu kimi, dünya ölkələrinin ortaq çağırışlara birlikdə cavab verməsinin vacibliyini vurğulayıb.
“Azərbaycan olaraq inanırıq ki, birgə səylərlə 2030-cu ilə qədər okeanların ən azı 30 faizini mühafizə altına ala bilərik”, – L.Abdullayeva əlavə edib.
Azerbaijan’s Ambassador to the French Republic @LAbdullayevaMFA today addressed the third UN Ocean Conference. She highlighted Azerbaijan’s own work in marine protection in the Caspian, and reflected on the need for the world to rally together to address shared challenges, as we… pic.twitter.com/aG004UKDcL
Comments are closed.