Qaxda üç gün əvvəl yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb

Qax rayonunda üç gün öncə yol qəzasında xəsarət alan sürücü xəstəxanada dünyasını dəyişib.

“Report” Şimal-qərb bürosunun məlumatına görə, iyun ayının 8-də Güllük kəndində yol-nəqliyyat hadisəsi zamanı ağır xəsarətlər alan 44 yaşlı Eşqin İsmayılov həkimlərin səylərinə baxmayaraq xəstəxanada ölüb.

Qeyd edək ki, “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq əvvəlcə “Hyundai” daha sonra isə “Honda” markalı avtomobilə çırpılıb.

Hadisə zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More