ABŞ-nin maliyyə naziri Skott Bessent İranın, belə desək, kölgə donanmasına təsir edəcək sanksiyalarla bağlı iki sərəncam imzaladığını açıqlayıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə qurum rəhbəri ABŞ Senatında keçirilən dinləmələrdə bildirib.
“Bu səhər İrana qarşı sanksiyalarla bağlı daha iki sərəncam imzaladım. Biz maksimum təzyiq göstəririk (İrana qarşı – red.). Biz onların kölgə donanmasının izinə düşməyə çalışırıq”, – o deyib.
Xatırladaq ki, ötən həftə ABŞ həmçinin İranın xeyrinə pulların yuyulması ilə bağlı 10 fiziki və 27 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Mənbə: Report.Az
Comments are closed.