ABŞ-nin Ohayo ştatının Vinton dairəsində “Austin Powder” partlayıcı zavodunda böyük kimyəvi sızmadan sonra təcili təxliyə elan edilib.
“Report”un məlumatına görə, bu barədə polisə istinadən NBC4 telekanalı məlumat yayıb.
Məlumata görə, Zaleski və Makartur qəsəbələrinin 750-yə yaxın sakini evlərini tərk etmək məcburiyyətində qalıb.
Sızmanın həcmi, ilkin məlumatlara görə, təxminən 11,36 kubmetr olub və kimyəvi maddələr havada zəhərli azot oksidinin əmələ gəlməsinə səbəb olub.
Yerli hakimiyyət orqanları fəsadların aradan qaldırılması üçün tədbirlər görür. Mütəxəssislər insanların evlərinə qayıtmasına icazə verməzdən əvvəl havanın keyfiyyətini yoxlayacaqlar.
Mənbə: Report.Az
Comments are closed.