Ağdaşda işlədiyi binadan yıxılaraq ölən fəhlənin meyiti aidiyyəti üzrə təhvil verilib.
Bu barədə TƏBİB-dən “Report”un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, iyunun 12-də saat 09:40 radələrində 1 nəfər (kişi) Ağdaş Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
1966-cı il təvəllüdlü şəxsə sağ saidin yuxarı üçdə birinin açıq yerdəyişən sınığı, döş qəfəsinin çoxsaylı sınıqları, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib.
Vəziyyəti ağır qiymətləndirildiyindən Reanimasiya şöbəsinə yerləşdirilib. Göstərilən bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 15:00 radələrində ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib.
Ağdaş rayonunda usta işlədiyi binadan yıxılaraq ölüb.
”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Məlumata görə, 1966-cı il təvəllüdlü İmadəddin Əbdülrəhimov rayon Mədəniyyət Evində aparılan təmir işləri zamanı hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri ilə xəstəxanaya aparılan yaralı orada həyatını itirib.
Əraziyə rayon hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.