Azərbaycan 2025-ci il sentyabrın 20-də Moskvada keçiriləcək “İnterviziya” beynəlxalq mahnı müsabiqəsinin iştirakçı ölkələrinin siyahısına daxil edilib.
Bu barədə “Report” TASS-a istinadən xəbər verir.
Müsabiqədə 20 ölkənin nümayəndəsi iştirak edəcək. Azərbaycandan başqa, Rusiya, Belarus, Venesuela, Vyetnam, Misir, Hindistan, Qazaxıstan, Qətər, Çin, Kolumbiya, Kuba, Qırğızıstan, BƏƏ, Səudiyyə Ərəbistanı, Serbiya, ABŞ, Tacikistan, Özbəkistan və Cənubi Afrika Respublikası iştirakını təsdiqləyib.
Mənbə: Report.Az
Comments are closed.