Azərbaycan qadın güləşçiləri Şimali Makedoniyanın paytaxtı Skopyedə təşkil olunan U-17 Avropa çempionatında çıxışlarını başa vurublar.
“Report” Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, dördüncü yarış günündə Nəzrin Əhmədli (46 kq) ilk mərhələdə yunanıstanlı Mariya Qkikanı mübarizədən kənarlaşdırıb – 10:9.
Ancaq həmyerlimiz 1/4 finalda rusiyalı İrina Tsıdeyeva ilə bacarmayıb – 0:10.
Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində polşalı Culiya Qibalskaya 2:6 hesabı ilə məğlub olub.
Esra Məmmədli (61 kq) rumuniyalı Oana Dumitruya 8:2 hesabı ilə qalib gəlsə də, 1/8 finalda belaruslu Varvara Aliseyenka ilə gərgin mübarizədən məyus ayrılıb – 3:4.
Fidan Babayeva (65 kq) ilk təsəlliverici görüşdə italiyalı Culiya Karrini 4:0 hesabı ilə üstələsə də, belaruslu Anastasiya Komanavaya uduzub – 0:3.
Milana Bağırzadə (69 kq) isə 1/8 finalda gürcüstanlı Anna Qodelaşviliyə minimal fərqlə (2:3) məğlub olub.
Mənbə: Report.Az
Comments are closed.