Mingəçevirdə avtoqəzada xəsarət alan şəxs xəstəxanada ölüb

Mingəçevirdə avtomobil qəzası nəticəsində xəsarət alan şəxs xəstəxanada həyatını itirib.

“Report”un Qərb bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü İmran Zeynalov göstərilən tibbi yardımlara baxmayaraq müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, İ.Zeynalov bir neçə gün əvvəl Mingəçevirdə avtomobilin aşması nəticəsində ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More