Güclü cəmiyyət xoşbəxt ailələrin üzərində qurulur, bu, qadınlar öz potensialını tam dərk etdikdə mümkün olur.
“Report” xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin nazir müavini Turdiboyeva Rano Türk Dövlətləri Təşkilatının Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə çəsul nazir və qurum rəhbərlərinin 2-ci iclasında danışıb.
“Qadın sahibkarlığı sahəsində dördmərhələli bir prosesi dəstəkləyirik, bu istiqamətdə işləri təşviq etmək üçün Özbəkistanda Şura da yaratmışıq. İqtisadi nailiyyətlər keyfiyyətli təhsilsiz mümkün deyil. Qadınların təhsilinə xüsusi diqqət göstərilməlidir. Bizdə qadınlar üçün magistr təhsili pulsuzdur, həmçinin qadınlara tələbə krediti ayrılır, bu yilla onları təhsilə daha çox cəlb etməyə çalışırıq”,- o əlavə edib.
Mənbə: Report.Az
Comments are closed.