Pistorius: Almaniya Kiyevə əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır

Berlin Ukraynaya əlavə 1,9 milyard avro məbləğində hərbi yardım ayırmağı planlaşdırır.

“Report”un UNIAN-a istinadən verdiyi məlumata görə, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşdən sonra bildirib.

“Biz Ukraynaya 4 milyard avro yardım ayırmağı planlaşdırmışdıq. Son aylarda bu məbləği 7 milyard avroya qədər artırdıq. Daha 1,9 milyard avro əlavə etmək istəyirik, lakin bu, hələ qəti qərar deyil”, – o qeyd edib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More