Rusiyada ağır yol qəzasında 6 nəfər ölüb

Rusiyanın İrkutsk vilayətində ağır yol qəzası baş verib, nəticədə 6 nəfər ölüb.

“Report”un Rusiya Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə gecə saatlarında Çeremxovo-Qolumet-Onot avtomobil yolunun 28-ci km-də, Alarski rayonunun Nıqda kəndi yaxınlığında baş verib.

İlkin məlumata görə, “Lada Qranta” markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan mini traktorla toqquşub. Nəticədə traktorun sürücüsü və 4 sərnişini hadisə yerində dünyasını dəyişib.

Minik avtomobilinin sürücüsü təcili yardım maşınında dünyasını dəyişib.

Hadisənin başvermə şəraiti müəyyənləşdirilir, araşdırma aparılır.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More