Şimali İrlandiyada miqrantlara qarşı iğtişaşlar davam edir

Şimali İrlandiyada artıq üçüncü gündür, miqrantlara qarşı keçirilən və iğtişaşlara çevrilən etirazlar keçirilir.

Bu barədə “Report” “The Times” qəzetinə istinadən xəbər verir.

Çərşənbə günü axşam Ballimina şəhərində etirazçılar yenidən hüquq-mühafizə orqanlarının əməkdaşlarına “Molotov” kokteyli, fişəng və daş atıblar. Buna cavab olaraq polis nümayişçiləri dağıtmaq üçün su şırnaqları və plastik güllələrdən istifadə edib.

Bu dəfə iğtişaşlar qonşu Larn şəhərinə sirayət edib, burada istirahət mərkəzi yandırılıb.

İyunun 9-u axşam Balliminada azyaşlı qıza zorakılıq iddiasından sonra miqrantlara qarşı etirazlar başlayıb. Hadisədən sonra 14 yaşlı iki yeniyetmə saxlanılıb.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More