Türkiyə və Yunanıstan arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

Türkiyə və Yunanıstan arasında siyasi dialoq toplantısının IV raundu keçirilib.

“Report” xəbər verir ki, bu barədə “CNN Türk” məlumat yayıb.

Ankarada keçirilən iclasda nümayəndə heyətlərinə xarici işlər nazirlərinin müavinləri Mehmet Kemal Bozay və Aleksandra Papadopoulou rəhbərlik ediblər.

Görüşdə ikitərəfli münasibətlər, regional hadisələr və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.

Tərəflər beynəlxalq arenada əməkdaşlığı artırmaq iradəsinə sahib olduqlarını bildiriblər.

Məlumata görə, toplantı konstruktiv atmosferdə keçib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More