Azərbaycanın energetika nazirinin müavini Orxan Zeynalov NATO-nun Baş katibinin müavini ilə Azərbaycanın enerji təhlükəsizliyinə töhfələri və yaşıl enerjiyə keçidi müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyinin mətbuat xidməti
“Azərbaycan – NATO enerji təhlükəsizliyi dialoqu çərçivəsində Azərbaycan Respublikasının energetika nazirinin müavini Orxan Zeynalov NATO-nun qərargahında NATO Baş katibinin innovasiya, hibrid və kiber məsələləri üzrə müavini Ceyms Appaturai ilə görüşüb”, – nümayəndəliyin sosial şəbəkə hesabında qeyd olunub.
Bildirilib ki, tərəflər Azərbaycan – NATO tərəfdaşlığı, Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə, eləcə də Aİ-yə verdiyi töhfələr, yaşıl enerjiyə keçid və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.