“Kəpəz” Sloveniya klubu ilə əməkdaşlığa başlayıb

“Kəpəz” Sloveniyanın “Sele” komandası ilə əməkdaşlığa başlayıb.

Gəncə klubundan “Report”a verilən məlumata görə, hər iki klubun rəhbər şəxsləri arasında görüş keçirilib.

Görüşdə “Kəpəz”in İctimai Birliyinin İdarə Heyətinin sədri Namiq Qədirov, İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov, “Sele” klubunun prezidenti Valeri Kolotilo, klubun idman direktoru Qennadi Qolubin və Baş Əməliyyat Direktoru Zoran Podkoritnik işitrak ediblər.

Tərəflər arasında bir sıra məsələlər müzakirə olunub və əməkdaşlıq müqaviləsi imzalanıb. Anlaşma klublar arasında mövcud skautinq şəbəkəsi və resurslardan istifadə edilməklə oyunçuların transferi sahəsində ümumi strateji məsləhətlərin və dəstəyin göstərilməsini əhatə edir.

Qeyd edək ki, 1919-cu ildə yaradılan “Sele” klubu 2 dəfə Sloveniya çempionatının və kubokunun qalibi olub. Sele şəhərinin təmsilçisi 2024/2025 mövsümündə UEFA Konfrans Liqasının 1/4 finalına kimi irəliləyib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More