Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) “Son zəng” tədbirləri ilə bağlı çağırış edilib.
“Report” xəbər verir ki, çağırışda deyilir:
“14 iyun tarixində ölkənin bütün tam orta ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” çalınacaq. Bu münasibətlə bütün məzunlarımızı, onların yaxınlarını və müəllimlərini təbrik edirik!
Xatırladırıq ki, “Son zəng” tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatlar aprel ayından məktəblərə göndərilib, təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbət aparılıb. Tədbiri öz mahiyyətinə və təlimatın tələblərinə uyğun şəkildə təşkil etməyin vacibliyini məktəb rəhbərlərinə bir daha xatırladırıq. Valideynlərdən bu əlamətdar gündə övladlarının təhlükəsizliyinə və sağlamlığına xüsusi diqqətlə yanaşmağı xahiş edirik. Bu günü xoş ovqatla, yaddaqalan və təhlükəsiz tamamlamaq bütün iştirakçı tərəflər üçün vacib məqamdır”.
Mənbə: Report.Az
Comments are closed.