Trampın Ukrayna üzrə nümayəndəsi: Biz hazırkı mövqelərdə atəşkəsə nail olmaq istəyirik

ABŞ prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib ki, ABŞ təmas xəttində hərbi əməliyyatları dayandırmaqla Ukrayna münaqişəsinin həlli üçün sülh razılaşmasına nail olmaq istəyir.

“Report” xəbər verir, bu barədə Kelloq Brüsseldəki Alman Marşal Fondu forumunda çıxışında deyib.

“Biz hazırkı mövqelərdə atəşkəsə nail olmaq istəyirik: Kim harada dayanırsa, o ərazi onun arxasındadır. Bu, hüquqi tanınma deyil, faktiki tanınmadır. Sonra uşaqların, məhbusların qaytarılması və davamlı atəşkəs təkcə Ukrayna üçün deyil, həm də Avropa üçün faydalıdır”, – Kelloq bildirib.

Mənbə: Report.Az

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More