Niderlandın “Ayaks” klubu İngiltərənin “Liverpul” komandasının üçüncü qapıçısı Vitezslav Yaroşu icarəyə götürməyə hazırlaşır.
“Report” xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinə yaxın jurnalist Tim van Döyen
“Yaroşun “Ayaks”a gəlişi zaman məsələsidir”, – o yazıb. İnsayderin sözlərinə görə, razılaşma sonrakı satınalma imkanını ehtiva etməyəcək.
Xatırladaq ki, daha əvvəl Çexiyanın “Infotbal” nəşri Yaroşun müqaviləsinin müddətini uzadaraq Avropanın top-5 liqalarından birinə icarəyə yollanacağını bildirmişdi.
Mənbə: Report.Az
Comments are closed, but trackbacks and pingbacks are open.