Azərbaycan idmançısı beynəlxalq turnirdə qələbə qazanıb

Yaponiyanın Sapporo şəhərində keçirilən MMA üzrə “Rizin Landmark 11” beynəlxalq turnirində Azərbaycan idmançısı Vüqar Kərəmov (71 kq) qələbə qazanıb.

“Report” xəbər verir ki, təmsilçimiz Yaponiya idmançısı Şuya Kimuraya qalib gəlib.

Qeyd edək ki, Kərəmov bu görüşlə qələbələrinin sayını 7-yə çatdırıb. Şuya Kimura isə peşəkar karyerasında ilk dəfə məğlubiyyətlə üzləşib.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More