“Barselona” 16 yaşlı futbolçunu transfer etməyə yaxındır

İspaniyanın “Barselona” klubu Xorvatiya təmsilçisi “Dinamo”nun (Zaqreb) 16 yaşlı sol cinah oyunçusu Kardoso Varelanı transfer etməyə yaxındır.

“Report” xəbər verir ki. bu barədə “Marca” nəşri məlumat yayıb.

Kataloniyalılar sözügedən keçid üçün 5 milyon avro ödəyəcək. Lakin bonuslar və əlavə şərtlər nəzərə alınmaqla ümumi transfer məbləği 20 milyon avroya çata bilər.

Şərtə əsasən futbolçu “Barselona”ya keçdikdən sonra icarə əsasında “Dinamo”da çıxış etməyə davam edəcək və 2026-cı ilin yayında La Liqa kollektivinin heyətinə qoşulacaq.

Mənbə: Report.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More